Çinin Agibot şirkətinin humanoid robotu A2 yeni dünya rekorduna imza atıb — o, heç bir fasilə vermədən iki şəhər arasında 100 kilometrdən çox yol qət edib. Robot Suçjou şəhərindən Şanxaya qədər mürəkkəb marşrutu tamamlayaraq, insanabənzər robotlar üçün indiyədək mümkünsüz sayılan dözümlülük nümayiş etdirib. A2 10 noyabr axşamı yola çıxıb və 13 noyabr səhəri Şanxayın məşhur Bund sahilinə çatıb. Akkumulyatorun “isti dəyişdirilməsi” sistemi sayəsində robot yol boyu dayanmalı olmayıb və rəsmi olaraq 106,286 km məsafəni piyada qət edib. Şirkətin sözlərinə görə, bu tapşırıq hətta insan üçün belə çətin olardı. A2 iki GPS moduluna, lidar sisteminə və infraqırmızı dərinlik sensorlarına sahib idi — bu texnologiyalar ona təhlükəli və çətin sahələri problemsiz keçməyə kömək edib. Robot işıqforda düzgün reaksiya verib, yol hərəkəti qaydalarına əməl edib, həm gündüz, həm də gecə stabil şəkildə istiqamətini müəyyənləşdirib və asfalt, kafel, pandus kimi müxtəlif səthləri asanlıqla dəf edib. Marşrutun sonuna çatdıqdan sonra A2 jurnalistlərlə yumorlu şəkildə söhbət edərək yürüşü “maşın həyatımın unudulmaz təcrübəsi” adlandırıb və zarafatla “yeni ayaqqabı pis olmazdı” deyib. Bu ilin əvvəlində isə başqa bir Çin robotu 21 km məsafəni 2 saat 40 dəqiqəyə qaçaraq yarımarafon nəticəsi göstərmişdi. The post Agibot A2 humanoid robotu yürüş məsafəsinə görə dünya rekordunu qırdı appeared first on InfoCity....
Читать полный текст на infocity.tech
Опубликовано: 18:18, 22.11.2025
Новость из рубрики: Hi-Tech
Поделиться новостью:
Топ новости часа
- Дмитрий Рябыкин: «СКА – номер один в КХЛ по качеству хоккеистов. Для кого-то его роль может не вытекать из хода карьеры – нужно это принять. У тренеров не легкая работа»...
- С 28 октября войти в «Госуслуги» с логином и паролем больше не получится...
- Starlink в Украине. Где купить и как пользоваться...
- Гран-при Австралии-2023. Расписание трансляций...
- Хозяин "Пятёрочки" рассказал, что россияне стали патриотами и разлюбили западные бренды...
- Де Хеа сделал 5-ю результативную ошибку со старта прошлого сезона – у него и Льориса их больше всего среди игроков АПЛ...
23:18, 12 Авг Visa kart sahibləri FİFA Dünya Kuboku 26 çempionatına ilk biletləri almaq fürsəti əldə edirlər Rəsmi: FİFA Dünya Kuboku 26-ya gedən yol Visa kartlarından başlayır. FİFA-nın ödəniş texnologiyaları üzrə rəsmi tərəfdaşı və rəqəmsal ödənişlər üzrə ...
Топ новости часа